Şriftin ölçüsü :

Saytın rəngi :

Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana, Prezident təqaüdçüsü Şərqiyə Vəliyevanın doğum günü qeyd olunmuşdur.

01 iyul 2022 | 12:34

    01.07.2022-ci il tarixdə Laçın rayon sakini, Sosialist Əməyi Qəhrəmanı,  Qəhrəman Ana, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü Vəliyeva Şərqiyə Əkbər qızının doğum günü qeyd olunmuşdur.

   Şərqiyə Vəliyeva 01.07.1936-cı il tarixdə Laçın rayonunda anadan olmuşdur. Maldarlıq təsərrüfatında uzun müddətli səmərəli fəaliyyətinə görə ilk dəfə    Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, müxtəlif illərdə 2 dəfə “Lenin”“Şərəf Nişanı”“Oktyabr İnqilabı”“Qırmızı Əmək Bayrağı”“Xalqlar Dostluğu” ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunmuşdur. Şərqiyə Vəliyevanın  əməyi müstəqillik illərində dövlət tərəfindən ən ali səviyyədə qiymətləndirilərək - ona Azərbaycan Respublikasının Prezidentinin Fərdi Təqaüdü təyin olunmuşdur.

    Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri doğum günü münasibətilə Şərqiyə Vəliyevanın evində olmuş, onu Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin adından anadan olmağının 86 illiyi münasibətilə təbrik etmiş,  onun bütün bu uğurlarının təməlində əməyə, zəhmətə bağlılığın dayandığını xüsusilə qeyd edərək, Şərqiyyə Vəliyevanın keçdiyi həyat yolunun gənc nəsil üçün bir örnək olduğunu bildirmişlər.

   Şərqiyə Vəliyeva ona göstərilən diqqət və qayğıya görə Dövlət başçısı İlham Əliyevə minnətdar olduğunu bildirərək, hər zaman dövlət qayğısı ilə əhatə olunduğundan məmnunluğunu bildirmişdir.

Keçidlər