Sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinə dair əhaliyə məlumatlandırcı materiallar paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planının 8.4.3-cü yarımbəndinin icrası ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti tərəfindən əhali arasında sosial işin təşkili və sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirmişdir.
Bununla bağlı əhali arasında sosial işin təşkili və sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması ilə əlaqədar məlumatlandırcı məlumatlar hazırlanaraq çap edilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əhalinin daha sıx olduğu yerlərdə, sakinlərin kompakt yaşadığı ərazilərdə maarifləndirici söhbətlər aparılmış, mövcud sosial xidmətlər haqqında məlumat verilmiş, Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır.