Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 15-dən Azərbaycanda yeni tədris ili başlanır.

07 sentyabr 2023 | 09:05

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr "Bilik günü” elan edilərək , respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.

             Bu əlamətdar gün respublikanın bütün tədris müəssisələrində olduğu kimi Laçın rayonunda da  təntənəli surətdə qeyd olunur. Xüsusilə qeyd edirik ki, cari ilin avqustun 25-də ölkə Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə erməni işğalından azad edilmiş Laçın şəhərinə növbəti   səfərləri zamanı  Laçın şəhər 2 nömrəli və Zabux kənd ümum orta məktəblərinin yeni dərs ilinə hazırlıq vəziyyəti ilə  şəxsən tanış olmaları, rayon ictimaiyyəti ilə səmimi görüşləri bütün laçınlılar tərəfindən minnətdarlıqla qarşılanaraq, rayonun təhsil işçilərinə yeni stimul və ruh yüksəkliyi bəxş  etmişdir.

               Xatırladaq ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də Sərəncam imzalayıb. Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

Həmçinin, Azərbaycan Prezidentinin qeyd olunan Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Həmin məktəb binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxananın yaradılması nəzərdə tutulur ki, bu da ölkə Prezidentinin laçınlı təhsil işçilərinə növbəti diqqət və qayğısının əyani təzahürüdür.

               Eyni zamanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan dövlət qayğısının  2003-cü ildən  dövlət başçısı  cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin və ölkəmiizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə   gənc nəslin hərtərəfli   inkişafına göstərilən xüsusi qayğının nəticəsidir ki, ildən-ilə  ölkə gənclərinin ölkəmizin və dünyanın ən nüfuzlu universitetlərində təhsil almalarına geniş şərait yaratmışdır. Bu qayğının sayəsində  2022-2023-cü dərs ilində Laçın rayonun ümumtəhsil məktəblərinin  11-ci sinfini bitirən 998 nəfər məzundan  695 nəfəri ali məktəblərə qəbul  imtahanlarda iştirak etmiş, onlardan 465 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Tələbə adına layiq görülən məzunlardan  32 nəfər  500-dən o, cümlədən 4 nəfər 600- dən  çox bal toplamışdır.  Rayonun Taxta körpü tam orta məktəbinin məzunu Mustafa Kamal Namiq oğlu  isə abituriyentlər arasında xüsusilə fərqlənərək 641 bal toplayaraq yüksək nəticəyə nail olmuşdur. 

           İlkin proqnoza əsasən  yeni tədris ilində Laçın rayonunun  ümumi təhsil müəssisələrində ümumilikdə 3284 şagirdin təhsil alacağı gözlənilir ki, bunlardan da  birinci siniflərdə ümumilikdə 952, IX siniflərdə 1319, XI siniflərdə isə 1013 şagirdin təhsilə cəlb ediləcəyi məlum olmuşdur.

Keçidlər