Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər unudulmur.

01 noyabr 2022 | 16:43

     Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri,  çoxsaylı rayon ictimaiyyəti nümayəndələri,  YAP fəalları və şəhid  İlyasov Fərid İbad oğlunun ailə  üzvləri,  yaxınları ilə birlikdə  Vətən müharibəsi şəhidləri, Abşeron rayonu Məmmədli qəsəbə qəbiristanlığında dəfn olunmuş şəhid  İlyasov Fərid İbad oğlunun, həmçinin   Şəki şəhər qəbiristanlığında dəfn olunmuş  şəhid Qənimətov Ətraf Oktay oğlunun vəfatının növbəti ildönümü ilə bağlı məzarlarını ziyarət etmiş, önünə  tər qərənfillər düzərək, əziz xatirələrini  ehtiramla yad etmişlər. Hər iki Vətən müharibəsi iştirakçısı  Fizuli rayonu  uğrunda gedən  döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirən  şəhid İlyasov Fərid İbad oğlu  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən  ölümündən sonra  Füzulinin, Xocavəndin və Şuşanın  azad olmasına görə medalları, həmçinin  “Vətən uğrunda” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib. Həmçinin, şəhid Qənimətov Ətraf Oktay oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən  ölümündən sonra  Füzulinin azad olmasına görə medalı, “Döyüşdə fərqlənməyə görə” medalı və Üçüncü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.

      Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər