Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər heç vaxt unudulmur

03 oktyabr 2022 | 11:57

     02 oktyabr 2022-ci il tarixində  Vətən müharibəsi şəhidi Əliyev Nihad Heydər oğlunun və Rəhimli Tural Gəray oğlunun şəhid olmalarının növbəti ildönümü ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi onların ailələrini ziyarət etmişdir.

    Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyəti və ağsaqqalları şəhidlərin  məzarını ziyarət etmiş, onların ruhuna  dualar oxunulmuş, əziz xatirələri ehtiramla anılmışdır.   

    Şəhid Nihad Əliyev Murovdağ zirvəsi uğrunda gedən  döyüşlər zamanı qəhramancasına şəhid olmuş, Ağcabədi rayonu Taxtakörpü ərazisindəki Alxaslı kənd qəbirstanlığında  dəfn edilmişdir.

    Rəhimli Tural Gəray oğlu  Suqovuşanın azad olunması uğrunda gedən  döyüşlər zamanı qəhramancasına şəhid olub,  Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbə qəbiristanlığında dəfn edilib.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdikləri üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən  Əliyev Nihad Heydər oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, ”Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə“, “Hərbi xidmətlərə görə”  medalları, Rəhimli Tural Gəray oğlu isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

      Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər