Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz son mənzilə yola salındı

16 sentyabr 2022 | 19:02

      Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş Laçın rayonunun Sadınlar kəndindən olan Azərbaycan ordusunun  zabiti, leytenant İsgəndərov Qorxmaz İsgəndər  oğlunun nəşi  Ağcabədi rayonuna gətirilərək Taxta Körpü ərazisindəki məzarlıqda dəfn olunub.

     Böyük izdihamla keçirilən vida mərasimində rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyəti iştirak edib. Şəhidin ruhuna dualar oxunub, müxtəlif şüarlar səsləndirilib.

       Dəfn zamanı əbədi xatirə kimi saxlanılması üçün üçrəngli  müqəddəs bayrağımız şəhidin atasına təqdim olunub.

Keçidlər