Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qorxmaz İsgəndərovun anım mərasimi keçirilib.

13 sentyabr 2023 | 17:54

      13 sentyabr 2023-cü il tarixində  Laçınlı köçkünlərin müvəqqəi məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisindəki Sadınlar obasında, Laçın rayonunun Sadınlar  kənd sakini,  şəhid İsgəndərov Qorxmaz İsgəndər oğlunun  şəhadətinin  ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdən əvvəl  şəhid Qorxmaz İsgəndərovun məzarı ehtiramla ziyarət edilib, üzərinə tər güllər düzülərək, ruhuna dualar oxunub.

     Mərasimdə ştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli,  Milli Məclisin deputatı Mahir Abbaszadə, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, Vətən müharbəsi iştiakçıları, çoxsaylı ictimaiyyət nümayəndələri, Yeni Azərbayan Partiyası Laçın rayon təşkilatının  fəalları şəhidin ailəsinə baş çəkərək,  valideynlərinə dərin hüznlə başsağlığı veriblər.

      Anım mərasimində şəhidin cəsarətli döyüş yolundan söhbət açılaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi  uğrunda canlarından keçmiş bütün şəhid və qazilərimizin hər zaman ehtiramla anılacağıı bildirilib.

     Qeyd edək ki, 1999-cu il oktyabın 23-də Ağcaabədi rayonu Taxta körpü ərazisindəki Sadınlar obasında  anadan olan Qorxmaz İsgəndərov 2022-ci il sentyabın 12-də  Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində  şəhidlik zirvəsinə ucalıb. Ölkə  Prezidenti cənab  İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra  “Vətən uğrunda” medalı və 3-cü dərəcəli "Rəşadət"  ordeni ilə təltif edilmişdir.

Keçidlər