Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hacıyev Şükür Aslan oğlunun anım günü qeyd olundu

07 noyabr 2022 | 14:01

     2022-ci il 6 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri,  şəhidin ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunmuş şəhid  Hacıyev Şükür Aslan oğlunun vəfatının növbəti ildönümü ilə bağlı məzarı ziyarət olunmuş, məzarı önünə  tər qərənfillər düzülərək, əziz xatirəsi  ehtiramla yad olunmuşdur.

    Vətən müharibəsi iştirakçısı Şükür Hacıyev Laçın-Şuşa istiqamətində gedən  döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən  şəhid Hacıyev Şükür Aslan oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən  ölümündən sonra “Vətən uğrunda” medalı, “Qubadlının azad olunmasına görə"  medalı,  “Laçının azad olunmasına görə”  medalı, “Şuşanın azad olunmasına görə” medalı və 3-cü dərəcəli "Vədənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

      Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər