“Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər planının 10.12.4-cü yarımbəndinin icrası ilə bağlı 2023-cü il 28 fevral tarixdə 24 saylı Laçın tam orta məktəbində “Sağlam və rasional qidalanma” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri, habelə Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşı Fəhmin Alxaslı iştirak etmişlər.
Maarifləndirici tədbirdə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”ı haqqinda, AQAT-ın bu istiqamətdə gördüyü tədbirlər və sağlam qidalanma haqqında məlumatlar verilmiş,düzgün qidalnma, ərzaq məhsullarının saxlanma şəraiti, mağazalarda satılan qida məhsullarını alan zaman onun istifadə müddəti, tərkibi və digər məlumatları diqqətlə oxunması, sağlam və rasional qidalanmanın vacibliyi haqqında geniş təşviqat məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Daha sonra tədbir diskusiya formasında davam etdirimiş, müəllim və yuxarı sinif şagirdərini maraqlandıran suallar cavablandırılmışdır.