Sağlam qidalanma uzunömürlülüyün rəhnidir
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü yarımbəndinin (qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılmasının təmin erilməsi) ilə əlaqədar 2023-cü il 2 mart tarixdə Ağcabədi rayonu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə fəaliyyət göstərən Laçın rayonunun Şamkənd kənd uşaq musiqi məktəbində qəsəbə sakinlərinin iştirakı ilə maarifləndirici tədbiri keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri Məhəmməd Şahbazov, Bəhruz Əhmədov və Yusif Abdullazadə ilə birgə Laçın Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fariz Əsədov, həmçinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları Xanlar Adıgözəlov və Ruslan Nəbiyev iştrak etmişlər.
Tədbiri giriş sözü ilə açan Məhəmməd Şahbazov iştirakçılara rayon rəhbərliyinin salamını çatdırmaqla əhalinin sağlamlığı naminə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirtdiyi davamlı siyasətinin laçınlı köçkünlər tərəfindən də minnətdarlıqla qarşılandığını qeyd edərək “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışmışdır. Sonra tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşı Xanlar Adıgözəlov mövzu ilə bağlı iştrakçılara geniş məlumat vermiş iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
Tədbirdə çıxış edən Laçın Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fariz Əsədov qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsini vurğulayaraq qida zəhərlənmələri və onların fəsadlarının aradan qaldırılmasından danışmış, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələrini vermişdir.
Əhali ilə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanılmışdır. Əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilmişdir. Bundan başqa, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar da tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.