Şriftin ölçüsü :

Saytın rəngi :

“Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində “Təhsilli qadının rolunu qızlara aşılamaq” adlı tədbir keçirilmişdir.

06 iyun 2024 | 15:41

Laçın  Rayon  İcra Hakimiyyətinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə Laçın rayon Çıraqlı kənd tam orta məktəbində  “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəlikləri üçün 2024-cü il üzrə Tədbirlər Planına uyğun olaraq “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində “Təhsilli qadının rolunu qızlara aşılamaq” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Laçın rayon İcra Hakimiyyəti  Başçısı aparatının əməkdaşı Nazilə Abbasova, Çıraqlı kənd orta məktəbinin direktoru Elnarə Vəliyeva, məktəbin direktor müavini Gülnar Şirəliyeva ,məktəbin psixoloqu, həmçinin Laçın rayon Uşaq Səfirlər Məclisinin regional nümayəndəsi,   məktəbli fəal qızlar iştirak etmişlər.

            Tədbirdə Laçın rayon Uşaq Səfirlər Məclisinin regional nümayəndəsi  Fatimə Əliyeva tərəfindən “Qızlar müzakirəyə qoşulur” silsilə layihəsi çərçivəsində “Təhsilin qadınların həyatında rolu” mövzusunda layihə təqdim olunub. Layihə uşaqları tərəfindən böyük maraqla qarşılanıb. Uşaq Səfirlər Məclisinin Laçın rayonu üzrə  regional nümayəndələrinin təqdimatları ilə yanaşı məktəbli qızlara qadınların  hüquqları haqqında geniş məlumatlar verilmiş, onlarla fikir mübadiləsi aparılmışdır. 

      Tədbirdə həmçinin, Regional fəallardan olan Fidan Abdullayeva və Nəzrin Şükürlü qadınların təhsil hüququ barədə səsləndirdikləri fikirlər maraqla qarşılanmışdır.

Laçın rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı Nazilə Abbasova tədbirdə çıxış edərək qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının  Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. Ümummilli Liderimizin qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürdüyü müddəalar bu gün  Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasətin uğurla həyata keçirildiyini vurğulayıb. Eyni zamanda ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətinin biz qadınlara daim  örnək olduğunu qeyd edən rayon təmsilçisi  gələcəkdə təhsilli, dünyagörüşlü, insanlığa töhfə verən, özündən sonra tarixdə adını, izini qoyan qadınlar olmağa səsləmişdir.

 Tədbirdə həmçinin, rayonun  Çıraqlı kənd tam orta məktəbinin direktoru Elnarə Vəliyeva, direktor müavini Gülnar Şirəliyeva mövzu ətrafında çıxış  edərək cəmiyyətdə   qadınların təhsili və erkən nikahlar barədə məlumat vermişlər.

Tədbir, iştirakçılar tərəfindən maraqla qarşılanıb, məktəbli qızlar müzakirələrdə fəal  iştirak edərək öz fikirlərini səsləndiriblər.

Sonda uşaqları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər