Şriftin ölçüsü :

Saytın rəngi :

"Qarabağ və Şərqi Zəngəzurda gənclərin məşğulluğuna dəstək” mövzusunda laçınlı gənclərlə maarifləndirici tədbir keçirilmişdir. 04.07.2025

04 iyul 2025 | 14:26

2025-ci il 4 iyul tarixində Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə laçınlı keçmiş köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində" Qarabağ  və Şərqi Zəngəzurda gənclərin məşğulluğuna dəstək” layihəsi çərçivəsində laçınlı gənclərlə maarifləndirici tədbir keçirilmişdir.

Tədbir başlamazdan əvvəl iştirakçılar müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi  Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızı erməni işğalından azad edərkən qəhrəmancasına şəhid olmuş bütün soydaşlarımızın unudulmaz xatirələrini bir dəqiqəlik sükutla ehtiramla yad etmişlər.

Tədbirdə "Qarabağ  və Şərqi Zəngəzurda gənclərin məşğulluğuna dəstək” layihəsi çərçivəsində çap olunmuş “Gənclər üçün məşğulluq, karyera və iş imkanları” kitabçanın müəllifi Asif Əsgərli  və “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Gülnarə Bağırova çıxış edərək işğaldan azad edilmiş rayonların zəngin resursları, yaradılacaq yeni infrastruktur həmin ərazilərdə yaşayan insanların, o cümlədən gənclərin rifahına öz müsbət təsirini göstərməklə, ərazilər inkişaf etdikcə daha çox müxtəlif peşə sahibi olan gənclərə ehtiyac olacağını bildirərək, karyera və iş imkanları barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Tədbirdə iştirakçılara kitabça və əyani vəsait təqdim olunmaqla yanaşı sonda şirniyyatlı çay süfrəsi təşkil olunmuşdur.

Keçidlər