Şriftin ölçüsü :

Saytın rəngi :

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması mövzusunda ictimai məlumatlılığın artırılması tədbiri təşkil edilmişdir.

22 fevral 2023 | 11:24

     Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın  2.2.3-cü yarımbəndinin icrası olaraq,  2023-cü il fevral ayının 22-də Laçın rayonunun Qozlu, Taxta körpü qəsəbə, Quşçu kənd və 10 nömrəli tam orta  məktəblərində məktəb direktorlarının şagirdlərə “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, və şagirdlərin iştirakı ilə ictimai məlumatlılığın artırılması istiqamətində tədbir keçirilmişdir.

     Tədbirdə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair təhsilalanlar və müəllimlər arasında maarifləndirmə işinin təşkili və mütəmadi olaraq bu işin aparılmasının əhəmiyyətindən bəhs olunmuş, məktəbdə “Həyat bilgisi” fənini tədris edən müəllimlərə müvafiq təlimatlar verilmişdir. Şagirdlərə   tullantılarının çeşidlənməsi, əvvəlcədən quraşdırılmış qablara atılması əyani göstərilmişdir.

      Bundan əlavə plastik qablardan şagirdlər tərəfindən hazırlanmış bəzək əşyalarından və müxtəlif məmulatlardan ibarət  sərgi nümayiş edilmişdir.

       Tədbir iştirakçılarına ətraf mühitin qorunması, tullantıların aidiyyəti qurumlar tərəfindən seçilmiş ərazilərdə quraşdırılmış qablara atmaları və öz ətraflarında olan insanlarla da bu mövzuda söhbətlər aparması tövsiyə olunmuşdur.

Keçidlər