Pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş Məhəmməd Şahbazovun təltif edilməsi ilə bağlı tədbir keçirilmişdir. 05.05.2026
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatında sektor müdiri işləyən Məhəmməd Şahbazovun 2026-cı il 5 may tarixdə 65 yaşı tamam olmuşdur.
Məhəmməd Şirin oğlu Şahbazov uzun illər dövlət qulluğunda çalışdığı üçün pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğuna xitam verilməsini xahiş etmiş, onun bu xahişi rəhbərlik tərəfindən nəzərə alınaraq dövlət qulluğunda uzun illər ərzində səmərəli fəaliyyətinə görə Laçın Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Bu münasibətilə 2026-cı il 5 may tarixdə Laçın Rayon İcra Hakimiyyətində təşkil edilmiş tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, başçının birinci müavini Tofiq Mirzəyev, Aparatın şöbə və sektor müdirləri iştirak etmişlər.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək uzun illər Laçın Rayon İcra Hakimiyyətində məsul vəzifərdə çalışmış, özünəməxsus savadı, dərin məsuliyyəti, dövlətə və dövlətçiliyə sədaqəti ilə fərqlənən Məhəmməd Şahbazovu anadan olmasının 65 illiyi münasibətilə təbrik etmiş, onun rayonun ictimai-siyasi həyatındakı fəaliyyəti ilə bağlı xatirələrini bölüşmüş, rayonun ictimai-siyasi həyatında xidmətlərinə görə ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilməsini xüsusilə qeyd etmişdir.
Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev Məhəmməd Şahbazovun Laçın Rayon İcra Hakimiyyətində işlədiyi dövrdəki fəaliyyətini yüksək qiymətləndirmiş, ona möhkəm cansağlığı, uzun ömr arzulamışdır.
Məhəmməd Şahbazov çıxış edərək onun fəaliyyətinə verilən yüksək dəyərə görə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə, kollektivin bütün üzvlərinə, fəaliyyəti dövründə onunla birgə çalışmış şəxslərə, eyni zamanda tədbirin təşkilatçılarına təşəkkür etmişdir.
Tədbirdə Məhəmməd Şahbazova uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim edilmişdir.
Tədbirin sonunda xatirə şəkili çəkdirilmişdir.






