Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyanın fiziki-mənəvi və sosial fəsadları mövzusunda tədbir keçirilmişdir

10 fevral 2023 | 16:29

     Laçın  Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər davam edir. Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı gənclərə çatdırmaq məqsədilə "Narkomaniyanın fiziki-mənəvi və sosial fəsadları” mövzusunda növbəti maarifləndirici tədbir 2023-cü il fevralın 10-da 37 saylı Laçın tam  orta məktəbdə keçirilib.


    Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazovun,  Laçın Rayon Polis Şöbəsinin rəis müavini Faiq Salahovun  Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru,  Veysəl Allahverənzadə, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Ağcabədi regional bölməsinin əməkdaşı Cavid Məlikzadə və Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında hüquq şöbəsinin məsləhətçisi Minə Əliyeva, Rayon poliklinikasının həkimi Təzəgül Ələkbərovanın  məktəbin müəllim-şagird kollektivinin iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə məktəblilərə geniş məlumat verilib.

    Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov  çıxış edərək məktəbliləri rayon rəhbərliyinin adından salamlayaraq, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdıran natiq narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. Məhəmməd Şahbazov  narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından qarşıda duran əsas vəzifələrdən biri olduğunu, ümumtəhsil məktəblərində keçirilən silsilə maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında böyük rol oynadığını qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan Məhəmməd Şahbazov  bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi olduğunu bildirib. Laçın Rayon Polis Şöbəsinin rəis müavini Faiq Salahov tədbirin əhəmiyyətini vurğulayaraq əsas məqsədin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini önə çəkərək,  müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu fiziki, mənəvi və maddi zərərlərdən bəhs edən geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Ağcabədi regional bölməsinin əməkdaşı Cavid Məlikzadə,   Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru  Veysəl Allahverənzadə, Rayon İcra Hakimiyyəti başçısı aparatında hüquq şöbəsinin məsləhətçisi Minə Əliyeva,  MRX-nın poliklinikasının həkimi Təzəgül Ələkbərova çıxış edərək narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri, əldə olunan nəticələr barədə danışaraq bu istiqamətdə maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər. Çıxışlarda xüsusilə qeyd olunub ki,  bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün bu istiqamətdə mühüm addımlar atmalı,  gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verməlidirlər. Həmçinin erkən nikaha daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksək ixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz açıblar.

      Sonda Laçın rayon 37 saylı tam orta məktəbin direktoru Şaiq Məmmədov çıxış edərək  tədbirin əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.

 

Keçidlər