“Müasir dövrdə dini ekstremizmin yaratdığı problemlər və onunla mübarizə” mövzusunda tədbir keçirilmişdir
02.05.2024-cü il tarixdə 34 nömrəli Laçın tam orta məktəbdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Müasir dövrdə dini ekstremizmin yaratdığı problemlər və onunla mübarizə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşı, rayon dindarlarının nümayəndəsi, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı çıxış edərək bildirmişdir ki, hazırda radikal dini qruplara, cəmiyyətin əsasən yoxsul, savadsız, zəif dünyagörüşə malik olan insanların cəlb olunduğunu qeyd etmişdir. Rayon rəsmisi çıxışında təəssüflə onu da vurğlsmışdır ki, dini radikal qruplara qoşulanlar arasında gənclərin olması isə bütövlükdə cəmiyyətimizi narahat edir. O,şagirdlərə mövcud adət-ənənələrimizi öyrənməklə, milli birliyimizi möhkəmlətmək üçün təhsil alaraq elmi biliklərə yiyələnmək,bu və ya digər məsələyə yanaşmada yalnız milli dəyərlərə və elmi biliklərə üstünlük verməyin vacib olduğunu tövsiyə etmişdir.
Sonra tədbirdə rayon dindarlarının nümayəndəsi çıxış edərək dini fanatizm,radikalizm və ekstremizmin yaratdığı fəsadlar və onların təhlükəsi cəmiyyətin inkişafına mane olduğunu vurğulamış, bu təhlükənin qarşısının alınması insanların maarifləndirilməsindən və islami dəyərləri düzgün formada cəmiyyətə çatdırılmasından asılı olduğunu bildirmişdir. Həmçinin o, dini ekstremizm,fanatizm və xurafat arasında ciddi fərq olmadığını,bu məfhumların mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğulayaraq məktəbliləri bu kimi qruplaşmalardan uzaq durmağa səsləmişdir.
Tədbirdə məktəb direktoru və müəllimlər çıxış edərək dini ekstremizm və radikalizm elementlərinin güclənməsini təhlükə mənbəyi olduğunu, radikal qrupların mənfi fəaliyyətləri islamı gözdən saldığını,onun terror dini kimi qələmə verilməsinə,islamofob fikirlərin yaranmasına səbəb olduğunu qeyd etmişlər.Onlar ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılması olduğunu vurğulamışlar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.