Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuatımızın 150 illiyi

22 iyul 2025 | 18:59

XIX əsrin ikinci  yarısında  dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər  baş vermiş, maarifçilik hərakatı genişlənməyə  başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdır. Bütün bu deyilənlərin məntiqi nəticəsi olaraq150 il bundan əvvəl 1875-ci il 22 iyulda görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin rəhbərliyi ilə Azərbaycanda ilk mətbu nəşr olan “Əkinçi" qəzeti  işıq üzü gördü.

Cəmi 2 il fəaliyyət göstərən "Əkinçi" maarifçilik ideyalarının carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş ,milli özünüdərkin, ictimai-siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə tövhə vermişdir.

“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpəvər ziyalıların eyni  məslək ətrafında birləşdirərək milli oyanış  prosesinin aparıcı vasitələrindən  biri kimi ümummilli məqsədlərin genişləndirilməsində mühüm rol oynamışdır. Zaman keçdikcə ölkəmizdə çap edilən mətbuat nümunələrinin sayı çoxalmış, ictimai həyatın ayrılmaz bir hissəsinə çevrilmişdir. Belə bir dövrdə ölkənin ucqarlarına da  nüfuz edən mətbu orqanların  əyalətlərdə də nümunələri dərc edilməyə başladı. “Laçın” qəzeti də belə bir dövrdə 1931- ci ildə ilk dəfə nəşrə  başladı. Qəzetin ilk baş redaktoru görkəmli ədib, Azərbaycanın xalq yazıçısı Əli Vəliyev olmuşdur. Qəzetin fəaliyyətinin ilk illərindən başlayaraq rayonun ictimai-siyasi həyatının güzgüsünə  çevrilmiş, kənd zəhmətkeşlərinin həyat  tərzini, qurub-yaratmaq  istəyini öz səhifələrində geniş əks etdirmişdir.2026-cıi ildə fəaliyyətinin 95 ili tamam olacaq "Laçın" qəzetinə müxtəlif dövrlərdə rayonun görkəmli ziyalılarından Qardaşxan Xəlilov, Xıdır Bəylərov, Hüseyn Həsənov kimi istedadlı qələm sahibləri rəhbərlik  etmiş, rayonun istedadlı gənclərinin yazı nümunələrinin işıq üzü görməsində  öz qayğılarını əsirgəməmişlər. Ümid edirik ki, bir əsrə  yaxın doğma “Laçın”ımız bundan sonra da özfəaliyyətini Laçında  davam etdirəcəkdir.

 Laçın rayon rəhbərliyi “22 İyul Milli Mətbuat və Jurnalistika Günü” münasibəti ilə bütün mətbuat işçilərini təbrik edir onlara yaradıcılıq uğurları arzulayır.

            Peşə Bayramınız mübarək!

Keçidlər