Şriftin ölçüsü :

Saytın rəngi :

Milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi ilə bağlı tədbir keçirilmişdir

16 mart 2023 | 15:17

2023-cü il 16 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətində milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi ilə bağlı məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası barədə tədbir təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 128 dekabr tarixli 448 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın 3.2-ci bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərə milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təşkil etmələri tapşırılmışdır.

Məsələnin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verən Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev Laçın rayonu üzrə milli məkan məlumatlarının toplanılması və sistemləşdirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermiş, qısa zamanda həmin məlumatların müvafiq qaydada hazırlanaraq Laçın Rayon İcra Hakimiyyətinə təqdim olunmasının vacibliyini bildirmişdir.

Tədbirdə çıxış edənlər milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi ilə bağlı fikir və mülahizələrini bildirmişlər.

Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

Keçidlər