Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı və onunla mübarizə mövzusunda tədbir keçirilmişdir.

01 may 2024 | 10:21

01.05.2024-cü il tarixdə Laçın rayon 12 nömrəli tam orta məktəbində Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi ilə” Məişət zorakılığı və onunla mübarizə tədbirləri”adlı geniş tədbir keçirilmişdir.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi - İdris Quliyev, 12 nömrəli Laçın tam orta məktəbin direktoru Nərgiz Hüseynova, Sumqayıt şəhər Polis idarəsinin Yeniyetmələrlə iş şöbəsinin məsləhətçisi Əliyeva Asudə, məktəbin psixoloqu Həsənova Qönçə və məktəbin şagirdləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan rayon rəsmisinin çıxışında  qeyd olunmuşdur ki, dünyanın bütün ölkələrində olduğu kimi cəmiyyətimizdə də məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizə daim  gündəmdə olan məsələlərdəndir. Odur ki,  məişət zorakılığı və ya ailədə zorakılıq halları tək bir ailə üçün yox, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bu baxımdan bütün vətəndaşların, xüsusilə yeniyetmə və gənclərin məişət zorakılığı hallarından qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdə  rayon ictimaiyyətinin             yaxından iştirak etdiyi bildirilmişdir.

 Xüsusilə vurğulanmışdır ki, məsələ ilə bağlı hələ 2010-cu ildə Respublikanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunduğ u, ölkə  Prezidenti cənab  İlham Əliyevin dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılmışdır.

 Tədbirdə çıxış edən digər iştirakçılar  xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdıraraq, vurğulayıblar ki, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması vacib amillərdəndir. Bu baxımdan, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı” hazırlanması və həyata keçirilməsi vacib amilllərdəndir. Qarşılıqlı dialoq şəklində keçirilən tədbirdə iştirakçılar tərəfindən qaldırılan suallar cavablandırılmış , belə tədbirlərin vaxtaşırı keçirilməsi vurğulanmışdır.

Keçidlər