Leysan yağışlarının fəsadları aradan qaldırılmışdır.
Cari ilin may ayında, xüsusilə may ayının üçüncü ongülüyündə ölkəmizin əksər şəhər və rayonlarında olduğu kimi Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisinə düşmüş aramsız leysan yağışları nəticəsində ərazidəki nisbətən çökək ərazidə yerləşən 245 ailəlik məcburi köçkünlər qəsəbəsində səth sularının çoxalması və qrunt sularının yer səthinə qalxması nəticəsinə su basma halları baş vermişdi.
Bununla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin məsul əməkdaşları Laçın Rayon Fövqəladə Hallar Komissiyasının rəhbrəliyi ilə birlikdə yerdə olmuş, mövcud vəziyyətə baxış keçirilmiş, baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülərək aramsız yağışların fəsadları aradan qaldırılmışdır. Bu işdə xüsusilə fərqlənən Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fəramnları ilə təltif edilmişlər.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları onlara göstərilən diqqətə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.






