Laçınlılarla icbari tibbi sığorta haqqında maarifləndirici tədbir keçirilib
Cari ilin 29 iyul tarixində laçınlı köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu, Taxtakörpü ərazisində rayon Təhsil şöbəsinin inzibati binasının iclas zalında “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev, rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Güllü İbadova, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Mirzəyev son illər ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş layihələrdən danışaraq bunun əhali tərəfindən razılıq və minnətdarlıqla qarşılandığını bildirib. Rayon rəsmisi eyni zamanda rayonda səhiyyənin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq icbari tibbi sığorta ilə bağlı yerlərdə əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb, bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev, icbari tibbi sığorta haqqında, habelə tibbi xidmətlərdən istifadə qaydaları və sığorta haqları, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və bu xidmətlərin həyata keçirildiyi dövlət və özəl tibb müəssisələri barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.