Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlıların müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində “Novruz” bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilmişdir.

14 mart 2023 | 17:10

     2023-cü  il  14  mart tarixdə Laçın  Rayon  İcra  Hakimiyyətinin təşkilatçılığı  ilə  Taxta Körpü qəsəbəsində “Heydər Əliyev” parkında xalqımızın milli bayramı olan “Novruz” bayramı ilə bağlı ümumrayon şənliyi təşkil edilmişdir.

    Əvvəlcə milli sənət əşyalarından ibarət sərgiyə rayon rəhbərliyi tərəfindən baxış keçirilmişdir. Sərgidə xalqımızın  qədim adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyat  boxçaları, həmçinin “Novruz” bayramının simvollarından olan səmənilər,  Laçın Rayon Tarix Diyarşünaslıq muzeyinin  eksponatlarından - nehrə, cəhrə, daraq, səhəng, küpə, mis kasa, kuzə, xalça, kilim, fərmaş, xurcun  və sair  kimi  əşyalar  yer almışdır. Sevindirici haldır ki, bu ilki  sərgidə işğaldan azad olunmuş Laçından gətirilən eksponatlarda nümayiş olunmuşdur. Eyni zamanda tədbirdə müxtəlif əmək məşğuliyyətlərini tamaşaçılara göstərən səhnəciklər təşkil edilməklə, milli geyimli qızlar tərəfindən şənlik iştirakçılarına və bayrama dəvət olunmuş qonaqlara bayram şirniyyatları paylanılmışdır.

    Təntənəli bayram  şənliyində iştirak edən Laçın  Rayon  İcra  Hakimiyyətinin başçısı  Aqil Nəzərli  bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti ilə Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın azad edilməsi sayəsində son üç ildir ki, “Novruz”  bayramının keçirilməsinə xüsusi əhval-ruhiyə şən ovqat gətirmişdir.  Rayon rəhbəri  çıxışında  xalqımızın milli adət-ənənələrinə  möhtərəm  Prezidentimiz  cənab  İlham Əliyev tərəfindən də yüksək diqqət  və  həssaslıqla yanaşıldığını,  eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin inkişafına  göstərdiyi misilsiz xidmətlərindən danışmışdır.  O, çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə laçınlı köçkünlərin Laçın şəhərinə, rayonun Zabux və Sus kəndlərinə qayıdış anını  səbirsizliklə gözlədiklərini, bayram tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad edilmiş  torpaqlarımızda yandırılmasından qürur duyduqlarını bildirmişdir.

    Tədbirdə  cəngi  sədaları altında Dədə Qorqud qurulmuş  tonqala yanaşaraq yanar məşəli rayon rəhbərinə təqdim etmiş, yandırılan  bayram tonqalı ətrafında  davam edən tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin  təqdim etdikləri geniş bayram konserti ilə davam etdirilmiş, kosa və keçəlin tədbir iştirakçıları ilə şən viktorinaları təşkil olunmuşdur.
     Tədbirdə səsləndirilən rəngarəng  musiqi nömrələri, rəqqasələr qrupunun çıxışları, bir sıra milli adət-ənənələrin nümayiş olunması, tədbirə dəvət edilmiş “n” saylı hərbi hissənin əsgərlərinin oynaq rəqsləri tədbir iştirakçılarında  yüksək  bayram əhval ruhiyyəsi, şən ovqat  yaratmışdır.

 

                    

 

 

 

 

 

 

Keçidlər