Laçınlılar “Zəfərin Mübarək Azərbaycan!” adlı tədbir keçirmişlər.
Yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən dörd il ötür.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dünyada dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
8 Noyabr - Zəfər Günü respublikanın hər yerində olduğu kimi,Laçın rayonunda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilmişdir.
Vətən müharibəsinin dördüncü ildönümü ilə əlaqədar rayon üzrə tədbirlər planına uyğun olaraq, rayonda silsilə tədbirlər, dəyirmi masalar, müsabiqələr, idman yarışları, sərgilər keçirilmiş, rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri və müharibə qaziləri ziyarət olunmuşdur.
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbədəki Heydər Əliyev adına parkda təşkil olunan təntənəli bayram tədbirində rayon rəhbərliyi, şəhid ailələri, qazilər, veteranlar və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdən əvvəl iştirakçılar tərəfindən qəsəbədəki Şəhidlərin Xatirə kompleksi ziyarət edilərək abidə önünə tər qərənfillər düzülmüş, əziz xatirələri ehtiramla yad edilmişdir. Qeyd olunmuşdur ki, xalqımıza möhtəşəm qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır
Təntənəli bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı.
Tədbirdə minnətdarlıq hissi ilə qeyd olunmuşdur ki, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, eyni zamanda Laçın rayonu 1 dekabr 2020-ci il tarixdə işğaldan azad olundu. Artıq Böyük Qayıdış Planına əsasən yüzlərlə laçınlı ailəsi öz doğma ata-baba yurduna qayıtmış, bu prooses uğula davam etməkdədir.
Xüsusilə qeyd olunmuşdur ki, müasir Azərbaycan dövləti hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.
Tədbirdə rayonun yerli özfəaliyyət kollektivlərinin ifasında Xalqımızın Şanlı Qələbəsinə həsr olunmuş vətənpərvər musiqi nümunələri səsləndirilmişdir.
Tədbir hər bir iştirakçıda xoş təəssürat və yüksək əhval-ruhiyyə yaratmışdır.
Zəfər Bayramınız mübarək olsun!