Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünü qeyd etdilər

27 oktyabr 2022 | 18:02

2022-ci il 27 oktyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyasının  yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Öncə tədbir iştirakçıları xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə tər güllər düzərək onun xatirəsinə ehtiramlarını bildirdilər.

Tədbir iştirakçıları tərəfindən Taxta körpü qəsəbəsində rayon şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksi ziyarət olunduqdan sonra abidə önünə tər güllər düzülərək, onların əziz xatirəsi ehtiramla yad edilmişdir.

Daha sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.       

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

 YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov məruzə edərək bildirmişdir ki, Xalqımızın Ümummilli lideri Heydər Əliyev ideyalarının layiqli daşıyıcısı olan Yeni Azərbaycan Partiyası yarandığı gündən ötən 30 il ərzində zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynamışdır. İlqar İlyasov vurğulamışdır ki, ötən illərdə olduğu kimi bu gündə öz proqramında müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini əldə rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai proseslərə təsir imkanları genişlənir.

Konfransda YAP İdarə Heyətinin üzvü, Asif Əsgərli çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daha da gücləndirdiyi ordumuz cəmi 44 günə Ermənistan silahlı birləşmələrini döyüş meydanında darmadağın etdi, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.

Milli Məclisin deputatı Mahir Abbaszadə bildirmişdir ki, artıq işğaldan azad olunmuş bütün şəhərlərin baş planı hazırlanaraq təsdiq edilmişdir. Fizuli rayonunda Qarabağın qapısı olan beynəlxalq aereportun 8 aya tikilib istismara verildi, bu günlərdə Zəngilan Beynəlxalq Aereportunun açılışı gerçəkləşdirildi. Zəngilanda ağıllı kənd layihəsinin ilkin mərhələsi yekunlaşdırılıb, kənd sakinləri artıq öz doğma kəndlərində firavan yaşayırlar.

YAP Laçın rayon təşkilatının veteran üzvü Səyyaf Məmiyev çıxışında qeyd etmişdir ki, bu gün böyük qürur və fəxrlə YAP-ın yaranmasının 30-cu ildönümünü Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali baş komandamız, Möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevin diplomatik siyasəti, Müzəffər ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində əldə edilən Böyük Qələbə günümüzün 2-cı ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik.

Tədbirdə çıxış edən YAP Laçın Rayon Təşkilatının 51 saylı Ərazi Partiya Təşkilatının sədri Aytac Abbasova bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və inkişafın təminatçısı kimi çıxış edir. Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi Fəxri Əliyev qeyd etmişdir ki, biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq. Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik. Bununla nə qədər fəxr etsək də azdır. Bu qələbəyə görə cənab Prezidentimiz, Müzəffər Ali komandan cənab İlham Əliyevə laçınlılar adından  minnətdarıq.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli fəxarətlə vurğulamışdır ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən Laçın şəhərində dövlət bayrağımızın qaldırılması biz laçınlıların hər birini qürurlandırır. Biz Laçınlılar da hər zaman olduğu kimi bu gün də dövlət başçımızın ətrafında sıx birləşməklə, ölkəmizdə gedən çoxsahəli islahatların iştirakçısı olduğumuzdan qürur duyuruq və bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tükənməz minnətdarlığımızı bildiririk.

Sonda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltif olunmuş, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilmişdir.

 

Keçidlər