Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı ağacəkmə aksiyasına qoşulublar

10 may 2025 | 12:38

               Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan  olmasının 102-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. Bu günlər ölkəmizin bütün guşələrində olduğu kimi  xalqımızın Ümummilli lideri Heydər Əliyevin  anadan olmasının 102-ci ildönümü münasibətilə  Laçın rayonunda da  silsilə tədbirlər keçirilir. Bu  tədbirlərin davamı olaraq Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Taxta Körpü qəsəbəsində ağacəkmə aksiyası  keçirilmişdir. 

        Tədbirdən əvvəl iştirakçılar hazırda  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində  fəaliyyət göstərən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət edərək önünə tər gül dəstələri düzmüş, onun əziz xatirəsini ehtiramla  yad etmişlər. Sonra tədbir laçınlı məcburi köçkünlərin  müvəqqəti məkunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində ağacəkmə aksiyası  ilə davam etdirilmişdir. 

               Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişlər. Keçirilən növbəti ağacəkmə aksiyası ərazidəki 552 ailəlik köçkün qəsəbəsi  yaxınlığında inşa olunmuş “Zəfər parkı” ərazisini  əhatə etmişdir.

              Aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğun olaraq ümumilikdə rəmzi olaraq 102 ədəd Eldar şamı və  küknar tingləri əkilib. Ərazidə abadlıq işləri görülüb və əkilən ağaclara zəruri aqrotexniki qulluq göstərilib. Həmçinin yaşıllıq zonalarında qurumuş ağaclar çıxarılaraq yeniləri ilə əvəz olunublar.

         Qeyd olunub ki, aksiyanın keçirilməsində məqsəd ölkəmizin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yaşıllaşdırma ənənələrini və əhali arasında təbiətə olan qayğı hissini təbliğ etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ekoloji tarazlığın bərpası, ətraf mühitin sağlamlaşdırılmasından ibarətdir.

Keçidlər