Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar tərəfindən 8 Noyabr- Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

05 noyabr 2022 | 13:00

              Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu Taxta Körpü ərazisində 8 Noyabr - Zəfər günü ərəfəsində silsilə tədbirlərin keçirilməsi davam etməkdədir.  Bu münasibətlə rayon rəhbərliyinin təşəbbüsü ilə  cari ilin  5 noyabr tarixində ağacəkmə aksiyası keçirildi.

         Taxta Körpü qəsəbəsi ərazisində keçrilən tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli , rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri , şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri  iştirak edirdilər. Bu nəcib aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmaqla yanaşı  ölkəmizdə ətraf mühitin mühafizəsi , yaşılıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdən ibarət olmuşdur.  Aksiyada əkilmiş ağaclar sırasında  Laçın rayonundan olan Vətən müharibəsi şəhidlərinin hər birinin adına ayrıca bir həmişə yaşıl ağac əkilmiş,  ağaclar suvarılaraq onlara texniki qulluq göstərilmişdir.

             Aksiyada çıxış edənlər bu tədbirin insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönələn xeyirxah ənənənin əsasını qoyacağından söz açaraq, ölkəmizin  ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhuna Allahdan dualar diləmiş, qazilərimizə şəfa arzulamışlar.

Keçidlər