Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirmişlər. 15.04.2026

15 aprel 2026 | 13:22

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin “Tədbirlər planı”na uyğun olaraq 2026-cı il 15 aprel tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsindəki parkda ağacəkmə aksiyası təşkil edilmişdir.

         Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən həmin ağacəkmə aksiyasında  Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli, aparatın əməkdaşları, rayonun hüquq-mühafizə  orqanlarının,  idarə, müəssisə, təşkilat  rəhbərləri,  müvafiq qəsəbə və   kənd  inzibati ərazi dairələri üzrə nümayəndələr,  şəhid ailələri,  müharibə iştirakçıları və  ictimaiyyət  nümayəndələri iştirak ediblər.

         Ümumilikdə aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq  100 ədəd Eldar  şamı və digər ağaclar əkilərək  suvarılmış və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Eyni zamandda aksiya çərçivəsində ərazidə  200-dən çox ağaca aqrotexniki quluq edilmişdir.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd köçkünlərin məskunlaşdığı ərazidə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, ərazidə yaşıllıq zolaqlarını daha da genişləndirmək,  insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.

Keçidlər