Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 8 Noyabr - Möhtəşəm Zəfər bayramını yüksək sevinc və fəxarət hissi ilə qeyd etmişlər.

07 noyabr 2025 | 17:28

Müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin  ən layiqli davamçısı  olan   Müzəffər  Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən erməni işğalında olan  torpaqlarımızın  azad edilməsisinin 5-ci ili tamam olur.

              2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində  qazanılan Möhtəşəm Zəfər Azərbaycan xalqının birliyinin, igidliyinin və milli ruhunun təntənəsi kimi tariximizə qızıl həriflərlə yazıldı. Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təcəssümünə  çevrilən, dünyada dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.      

         Cari ildə ilk milli konstitusiyamızın qəbul edilməsinin 30-cu,  Vətən müharibəsində qələbəmizin 5-ci ilinin tamam olması  münasibəti ilə  dövlət   başçısının 28 dekabr 2024-cü il tarixli  Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" həmçinin,  2024-cü il 19 sentyabr tarixli Sərəncamla  20 Sentyabr tarixinin  ölkəmizdə  Dövlət Suverenliyi Günü elan elan edilməsi Konstitusiyaya və dövlət suverenliyinə ali ehtiramın təzahürü olmaqla,  2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusion quruluş və dövlət suverenliyinin  bərpa edildiyi bütün dünyaya bəyan edilmişdir.

            Bu baxımdan dövlət başçısı cənab  İlham Əliyevin: “Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və dünya da artıq yeni reallıqları qəbul edib. 2025-ci ildə də bu reallıqların konstitusion tələblər çərçivəsində daha dərindən təsdiqlənəcəyi şübhəsizdir. Görünən odur ki, Fransadan tutmuş Amerikayadək heç bir qüvvə, güc mərkəzi Azərbaycan dövlətinin iradəsinə təsir göstərə və  onu yolundan çəkindirə bilməz” fikriinə istinad etməklə milli mədəni irsimizin qorunması və təbliğində dövlətimizin Birinci vitse Prezidenti,  Mehriban xanım Əliyevanın çox şaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynadığı, erməni vandalları tərəfindən dağıdılmış milli-mədəni-dini abidələrin yenidən bərpa edilməsində həyata keçirilən layihələr, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi olduğu danılmz həqiqətdir.

             8 Noyabr - Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Laçın rayonunda da bayram əhval-ruhiyyəsi ilə qeyd edilmişdir. Vətən müharibəsinin beşinci ili münasibəti ilə  tədbirlər planına uyğun olaraq, rayonda silsilə tədbirlər,  dəyirmi masalar, müsabiqələr, idman yarışları, sərgilər keçirilmiş, rayonun rəhbər işçiləri tərəfindən şəhidlərin anım günləri onların ailə üzvüləri ilə birlikdə qeyd edilmiş, müharibə qaziləri ziyarət olunmuşdur.

            Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirlərin davamı olaraq 07.11.2025-ci il tarixində Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında  təşkil olunan bayram tədbirində Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisin deputatı Rövşən Muradov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, YAP fəalları və çoxsaylı  ictimaiyyət nümayəndələri  iştirak etmişlər.

             Əvvəlcə  iştirakçılar Rayon İcra Hakimiyyətinin  inzibati binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü, daha sonra Taxta Körpü qəsəbəsindəki “Zəfər” parkında Vətən müharibəsi şəhidlərinin abidəsini ziyarət edərək  abidə önünə tər güllər  düzmüş, onların əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra iclas zalında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam edən  tədbirdə ölkəmizin  ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükutla   yad olunmuş, onların əbədi olaraq yaddaşlarda yaşayacağı və hər zaman minnətdarlıqla anılacaqları qeyd olunmuşdur.

           Təntənəli bayram tədbirini giriş nitqi ilə açan Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Möhtəşəm Zəfərin 5-ci ildönümü münasibəti ilə rayon sakinlərini təbrik edərək qeyd etmişdir ki,  ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində cəmi 44 gün ərzində  torpaqlarımız, eyni zamanda Laçın rayonu 1 dekabr 2020 ci il tarixdə işğaldan azad  olundu. Artıq Böyük Qayıdış Planına əsasən yüzlərlə laçınlı ailəsi minnətdarlıq hisi ilə öz doğma ata-baba yurduna qayıtmış, bu prooses uğula davam etməkdədir.

       Rayon rəhbəri xüsusilə vurğulamışdır ki, üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə  qürurla dalğalanan müasir Azərbaycan dövləti hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.

          Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının  birinci müavini  Tofiq Mirzəyevin “Şanlı Zəfər Bayramının beşinci ili “ adlı məruzəsi dinlənilmişdir. Məruzədə və çıxışlarda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin  xalqımızın öz torpaqları uğrunda apardığı mübarizənin zirvəsi olmaqla Müzəffər Ali Baş Komandan, ölkə  Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımızın dəstəyi ilə 30 il işğal altında qalmış torpaqlarımızı azad etməsini qürur və minnətdarlıq hissi ilə qeyd etmişlər.

            Sonra tədbir iştiakçıları Taxta Körpü 552  ailəlik qəsəbə ərazisindəki “Zəfər” parkına gələrək parkda  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə yaradılmış guşəni ziyarət etmiş önünə tər güllər düzərək, parkda və ərazidə 100 ədəd şam ağacı əkmişlər.

              Təntənəli bayram tədbiri Laçın  rayonunun Şamkənd Uşaq Musiqi məktəbinin qarşısında təşkil olunmuş konsert proqramı ilə davam etdirilmişdir. Konsertdə rayonun mədəniyyət kollektivlərinin ifasında  Xalqımızın Şanlı Qələbəsinə həsr olunmuş vətənpərvər musiqi nümunələri səsləndirilməsi  hər bir iştirakçıda xoş təəssürat və  yüksək əhval-ruhiyyə yaratmışdır.

 

             Zəfər Bayramınız mübarək olsun!

Keçidlər