Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 31 Mart Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər

29 mart 2024 | 10:05

1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə amansızcasına qətlə yetirilməsi, soyqırımına məruz qalması XX yüzillikdə miqyasına və qəddarlığına görə dünya tarixinin ən qanlı səhifələrindən biridir.

               31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Laçın  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə  və təşkilatlarının fəaliyyət göstərdiyi, həmçinin rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi” qarşısında anım mərasimi keçirilmişdir. Rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, qazilər və müharibə veteranları habelə çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin  iştirakı ilə keçirilən mərasimdə   soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, əbədi məşəlin alovlandığı “Şəhidlərin xatirə kompleksi”nə tər qərənfillər düzülmüşdür.

             Qeyd olunmalııdır  ki,  Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir. Eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

            Bu baxımdan dövlət başçısı cənab İlham Əliyevin  30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Həmçinin,  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı  ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi önəm daşıyır.

Keçidlər