Laçınlı Vətən müharibəsi şəhidi Qənimətov Ətraf Oktay oğlunun anım mərasimi keçrilmişdir
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Cabir Əvəzzadə, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, şəhidin ailə üzvüləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir.
Tədbir iştirakçıları Şəki rayonun Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək məzarı üzərinə güllər düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Mərasimdə çıxış edənlər döyüşlərdə qəhrəmanlıq gösdərən Ətrafın şərəfli döyüş yolundan bəhs ediblər.
Laçın rayonunun Vəlibəyli kənd sakini şəhid Qənimətov Ətraf Oktay oğlu 20 mart 1997-ci ildə Şəki rayonununda anadan olmuşdur. 1 sentyabr 2003-cü ildə Şəki rayonu Çələbixan qəsəbə Köçkünlər tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə Laçın rayon Nuşrəvan Süleymanov adına Kaha kənd tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olmuşdur .2018-cu ildə həmin universitetin bakalavr pilləsini bitirmişdir .2019 -cu ildə həqiqi hərbi xidmətə yola düşmüş, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun orduda hərbi xidmət keçmişdir .2020 ci ilin yanvar ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2020-ci ilin mart ayından Azərbaycan ordusunda zabit kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Qənimətov Ətraf Oktay oğlu torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Füzuli rayonlaru uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 13 oktyabr 2020–ci il tarixdə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur 30 oktyabr 2020-ci il tarixdə Şəki rayonu Dovşan düzü deyilən ərazidə yerləşən şəhidlər xiyabanında dəfn edilmişdir .
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarınə əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Döyüşdə Fərqlənməyə görə medalı və 3 cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.