Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı Vətən müharibəsi şəhidi İlyasov Fərid İbad oğlunun anım mərasimi keçrilmişdir

28 oktyabr 2023 | 13:05

Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova,  Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov,  şəhidin ailə üzvüləri , ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir.

Tədbir iştirakçıları Bakı şəhəri İkinci Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edərək məzarı üzərinə güllər düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Mərasimdə çıxış edənlər döyüşlərdə qəhrəmanlıq gösdərən Fəridin şərəfli döyüş yolundan bəhs ediblər.

Laçın rayonunun Hacılar kənd sakini şəhid İlyasov Fərid İbad  oğlu 20 iyul 1999-cu ildə  Laçın rayonunun Hacılar  kəndində anadan olmuşdur. 2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirmiş,  2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Fərid İlyasov 2017-ci ilin iyul ayından hərbi xidmətə getmiş, 2018-ci ilin yanvar ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.  Daha sonra Naxçıvan Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi  xidmətə başlamışdır.
    2020-ci ilin sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edən Fərid İlyasov 2020-ci il oktyabrın 28-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına   şəhidlik zirvəsinə ucalmış,  Bakı şəhəri İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" medalı, "Hərbi xidmətlərə görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, “Xocavəndin azad olumasına görə”  medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Allah rəhmət eləsin!

Keçidlər