Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı Vətən müharibəsi şəhidi Cabbarov Şahgündüz Habil oğlunun anım mərasimi keçirilmişdir.

26 oktyabr 2023 | 18:13

Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov,  şəhidin ailə üzvüləri , ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir.

Tədbir iştirakçıları Xəzər rayonu Binə qəsəbəsində Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək, məzarı üzərinə gül dəstələri düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Anım mərasimində çıxış edənlər qəhrəman Vətən oğlunun keçdiyi döyüş yolundan və şücaətindən bəhs ediblər. Məktəblilər şəhidlərimizə, qələbəmizə həsr olunmuş şerlər söyləyiblər.

Laçın rayonunun Oğuldərə kənd sakini şəhid Cabbarov Şahgündüz Habil oğlu 13 yanvar 1995-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2017-ci ilin iyul ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Cabbarov Şahgündüz Habil oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 25 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 26 oktyabr 2020-ci ildə Xəzər rayonu Binə qəsəbəsində şəhidlər qəbirstanlığında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Şahgündüz Cabbarov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin!

Keçidlər