Laçınlı səhiyyə işçiləri ağacəkmə aksiyası keçirmişlər
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq TƏBİB-in tabeliyindəki Laçın Rayon Mərkəzi Xəstəxanası işçilərinin iştirakı ilə 2023-cü il 12 aprel tarixində Ağcabədi rayonu Taxtakörpü ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Laçın Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası çərçivəsində laçınlı sakinlərin müvəqqəti olaraq kompakt yaşadığı Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşən tibb müəssisəsinin inzibati ərazisində və yolkənarı ərazidə 30-dan çox həmişəyaşıl ağaclar əkilərək, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Yüksək əhval-ruhiyyə şəraitində keçən aksiyada tibb müəssisəsinin rəhbərliyi və müəssisənin işçiləri iştirak etmişlər.