Laçınlı məktəblilər Ulu öndər Heydər Əliyev irsini sevə-sevə öyrənirlər
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə ölkənizdə 2023-cü il “Heydər Əliyev İli “ elan edilmişdir. Bununla bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Şərqi Zəngəzur Təhsil İdarəsinin Laçın rayonu üzrə təhsil sektorunun tabeliyində olan rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir. Ötən dövr ərzində rayonun ümumi təhsil məktəblərində “Nə qədər ki, Azərbaycan var, məndə varam!” mövzusunda konfrans, “ Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı Novruz Mühazirəsi, “Heydər Əliyev və çağdaş Azərbaycan dövlətçiliyi” mövzusunda dəyirmi masa, “ Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” , “Xalqa bağlanmış ömür” mövzularında geniş tədbirlər keçirilmişdir.
Bununla yanaşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 03 fevral 2023-cü il tarixli 3-29/3-2-32F/2023 nömrəli əmrinə uyğun olaraq Rayonun ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir.
10 aprel 2023-cü il tarixdə Şərqi Zəngəzur Təhsil İdarəsinin Laçın rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə rayonun M.Müseyibov adına Bozlu kənd tam orta məktəbində "Xalqımızın ümummilli lideri Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda tədbir keçirildi. Tədbirdən əvvəl Laçın rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin və ümumi təhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət təşkil olunan sərgidə nümayiş olunanlar yeniyetmə və uşaqlarda Ulu Öndər Heydər Əliyevə olan sonsuz sevgi və maraq iştirakçılarda xoş təəssürat yaratmışdır