Laçınlı məktəblilər - 8 Noyabr Zəfər Gününü böyük coşqu və sevinclə qeyd edirlər
8 Noyabr Zəfər günü münasibəti ilə Laçın rayon ümumtəhsil müəssisələrində silsilə tədbirlər davam etməkdədir. Ölkəmizin bütün guşələrində olduğu kimi Laçın rayonunda da 8 Noyabr Zəfər bayramı təntənəli qayda da qeyd edilir. Rayon gəncləri və məktəbliləri arasında bu tədbirlərin daha geniş vüsət alması isə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Laçın Rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur RTİ-nin Laçın rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı respublikanın müxtəlif bölgələrində müvəqqəti fəaliyyət göstərən rayonun ümumtəhsil müəssisələrində 8 Noyabr Zəfər gününə həsr edilmiş silsilə tədbirlər davam etməkdədir. Böyük coşqu və həvəslə rayon məktəblilərinin iştirak etdiyi tədirlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən erməni işğalındakı torpaqlarımızın qıssa müddət ərzində azad edilməsindən bütün azərbaycanlıların qürur duyduğu qeyd olunaraq, döyüş meydanında canını fəda etmiş şəhidlərin ruhu ehtiramla yad olunur, sağlamlığını itirən döyüşçülərimizə Allahdan şəfa arzulanır. Tədbirlərdə məktəblilərin əl işlərindən ibarət sərgilərə ədəbi-bədii kompazisiyalara tamaşa olunmaqla onların ifasında xalqımızın Möhtəşəm Qələbəsinə həsr olunmuş şerlər, mahnılar səsləndirilmiş və fləşmob keçirilmişdir. Bununla yanaşı 8 Noyabr Zəfər günü ərəfəsində məktəblərdə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlər, habelə Bakı şəhərindəki “Qənimətlər” parkına səyahət məktəblilərdə böyük təəssürat yaratmışdır.