Laçınlı məcburi köçkünlər tərəfindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində iməcilik keçirildi
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar cari ilin ötən dövrü ərzində digər ərzilərlə yanaşı laçınlıların sıx şəkildə müvəqqəti məskunlaşdıqları, rayonun icra strukturlarının, idarə, müəssisə və təşkailatlarının fəaliyyət göstərdiyi Taxta Körpü qəsəbəsi ərazisində xeyli işlər görülmüş, qəsəbələri birləşdirən yaşıl zolaqda həmişəyaşıl ağaclar əkilərək yaşıllığın sahəsi genişləndirlmişdir. Bununla yanaşı işlər davam etdirilərək 2024-cü il 16 avqust tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilaçılığı ilə ərazidə növbəti iməcilik keçirilmişdir.
Qəsəbədəki parklarda, idarə, müəssisə və təşkilatların həyətlərində, küçə və meydanlarda keçirilmiş iməcilikdə rayonun idarə və müəssisələrinin işçiləri, həmçinin qəsəbə sakinləri iştirak etmiş, ərazidə təmizlik işləri aparılmış, yaşıllıqlar suvarılmışdır.
Keçirilmiş iməcilikdə üç yüzdən artıq rayon sakini iştirak etmişdir. Vaxtaşırı belə iməciliklər təşkil olunmasından razı qaldıqlarını qeyd edən qəsəbə sakinləri buna görə rayon rəhbərliyinə dərin təşəkkürlərini bildirmişlər.
Qəsəbə ərazisində hər həftənin şənbə günləri belə iməciliklərin keçirilməsi nəzərdə tutulmuşdur.