Laçınlı məcburi köçkünlər “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ağacəkmə aksiyasında fəal iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bununla bağlı Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 aprel 2025-ci il tarixdə laçınlı məcburi köçkünlərin müvvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmə aksiyasında Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, aparatın, idarə, müəssisə və xidmət sahələrinin əməkdaşları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilmişdir.
“Konstitusiya və Suverenlik İli” ilə bağlı təşkil edilən bu aksiya zamanı ərazidə yeni istifadəyə verilmiş istirahət parkında 150 ədəd həmişəyaşıl Eldar şamı ağacı əkilmişdir.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.