Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı köçkünlər arasında icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

23 fevral 2024 | 12:51

       23 fevral 2024-cü il tarixində laçınlı köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Laçın  rayon Təhsil sektorunun inzibati binasında   Laçın Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi  rayon filialının təşkilatçılığı ilə “İcbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda  laçınlı köçkünlər arasında maarifləndirici tədbir keçirilmişdir. 

     Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Rayon  Mərkəzi Xəstəxanası “Publik hüquqi şəxsin” baş direktorunun müavini Muğan Nəzərli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi rayon filialının müdiri Pərviz Əliyev çıxış ediblər.
    Laçın Rayon İcra Hakimiyyətinin  rəsmisi, çıxışında tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyi adından salamlayaraq  bildirib  ki, keçirilən maarifləndirmə tədbiri “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidenti cənab İlham Əliyevin  imzaladığı Fərmana əsasən həyata keçirilir. Qeyd olunub ki, əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə  ölkədə icbari tibbi sığortanın geniş  tətbiqi laçınlı sakinlər tərəfindən də razılıqla qarşılanır.
     Tədbirdə Laçın Rayon  Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin baş direktor Muğan Nəzərli rayon səhiyyəsi haqqında məlumat verərək, ölkə rəhbərliyi tərəfindən səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, icbari tibbi sığortanın  uğurlu tətbiqinə başlanılmasından, həmçinin  bununla əlaqədar rayon səhiyyəsində də  bu sistemin icrası üçün görülmüş işlərindən danışmış, sistemin üstünlükləri  barədə ətraflı məlumat vermişdir.
       Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi rayon filialının müdiri Pərviz Əliyev geniş məruzə ilə  çıxış edərək tədbir iştirakçılarına icbari tibbi sığortanın xidmətlər zərfi, sığorta haqları, azadolma məbləği və s. barədə geniş şəkildə məlumat vermişdir. Çıxışda bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığorta haqqı ödənilməlidir. Eyni zamanda, qeyd olunub ki,  imtiyazlı əhali qrupları sığorta haqqından azaddırlar.

      Sonda vətəndaşları maraqlandıran bir sıra  suallar Agentliyin əməkdaşı tərəfindən ətraflı cavablandırıldı.

      Tədbirin keçirilməsi iştirakçıların geniş marağına səbəb olmaqla onlar tərəfindən  razılıq hissi ilə qarşılanmışdır.

 

Keçidlər