“Laçınlı gənclər arasında ailənin əhəmiyyəti və erkən nikahın mənfi nəticələri” adlı məlumatlandırıcı tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na uyğun olaraq, 2024-cü il 18 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu, 552 ailəlik məcburi köçkünlər qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Taxta Körpü qəsəbə tam orta məktəbinin pedaqoji kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənclər arasında ailənin əhəmiyyəti və erkən nikahın mənfi nəticələri” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunaraq başlanılmışdır.
Tədbirdə rayonun aidiyyəti müəssisələrini təmsil edən məsul əməkdaşlar tərəfindən “Erkən nikaha səbəb olan hallar, qohumlar arasında nikahın mənfi nəticələri və bu halların qarşısının alınması istiqamətində görülmüş işlər” mövzusunda geniş məlumatlandrıcı materiallar dinlənilmiş, mövzuya dair fotoşəkillər nümayiş etdirilərək, tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadilələri aparılmışdır.