Şriftin ölçüsü :

Saytın rəngi :

Laçında uşaq hüquqlarına dair təlim keçirilmişdir.

04 aprel 2025 | 16:55

         4 aprel 2025-ci il tarixində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən rayonun  34 nömrəli tam orta məktəbində uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi ilə əlaqədar təlim təşkil edilmişdir.

         Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasına dair  Tədbirlər Planının  5.1.4-cü yarımbəndi üzrə (Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi) keçirilən təlimdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının  məsul katibi İdris Quliyev, Laçın Rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, 34 nömrəli məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər.  

          Tədbirin açılışında məktəbin direktoru Fərrux Kərimov uşaqların rifahının təmin olunmasında təhsil müəssisələrinin və ailələrin rolu barədə ətraflı çıxış etmiş, Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi İdris Quliyev çətin həyat şəraitində yaşayan, sosial qayğıya ehtiyacı olan uşaqların vaxtında aşkarlanması, onların sosial müdafiəsinin təşkili, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qarşısının alınması, uşaqlarda internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması haqqında  hazırlanmış metodiki məlumatları təlim iştirakçılarının diqqətinə çatdırmışdır.

           Təlim diskussiya formasında davam etdirilmiş, təlim iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Keçidlər