Laçında “Kitab bilik mənbəyidir” adlı kitab bayramı keçirilmişdir.
2023-cü il 1 iyun tarixində laçınlı köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsindəki “Heydər Əliyev” parkında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kitab bilik mənbəyidir” adlı kitab bayramı keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Laçın Rayon Mərkəzi Kitabxanası tərəfindən təşkil olunan tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin əməkdaşları, çoxsaylı kitabsevərlər, mədəniyyət işçiləri və qəsəbə sakinləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, geniş bilik və təfəkkür sahibi olmasından, düşünülmüş və cəsarətli qərarlarından, eyni zamanda mədəniyyətimizə, kitabxanalara, milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışmışlar.
Həmçinin, Ümummilli Liderin uzaqgörən və düzgün siyasətinin hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi bildirilmişdir. Xüsusilə vurğulanmşdır ki, Yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından 44 günlük Vətən müharibəsində azad olunması, həmçinin bu günlərdə Laçın şəhərinə sakinlərin Böyük Qayışına başlanması bütün laçınlılar tərəfindən sonsuz sevinc və minnətdarlıqla qarşılanmışdır.
Kitab bayramı çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən böyük portreti və 20 adda kitab nümayiş etdirilməklə məktəblilərin qiraət nümunələri maraqla izlənilmişdir.
Rəngarəng mahnı və rəqslərlə davam etdirilən Kitab bayramı şən ovqatla sona çatmışdır.