Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın şəhərinə 8-ci mərhələdə daha 19 məcburi köçkün ailəsi yola salındı

25 iyul 2023 | 09:17

        2023-cü il 25 iyul tarixdə Bakıdan Laçın şəhərinə 8-ci mərhələdə daha 19 məcburi köçkün ailəsi yola salınmışdır.

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə  davamlı səfərləri, həmin ərazilərdə aparılan yenidənqurma  və bərpa işləri, əhalinin öz doğma yurd-yuvalarına qayıdışı bütün məcburi köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.                                                                 

    Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına   Böyük Qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə  Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən  bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.

    2023-cü il 25 iyul tarixdə səhər saatlarında Laçın şəhərinə əhalinin qayıdışı çərçivəsində 8-ci  mərhələdə  Laçın şəhərindən olan daha 19 ailə, 89 nəfər Bakı şəhərindən Laçın şəhərinə  yola salındı.

    Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.

Keçidlər