Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın şəhərinə 5-ci mərhələdə daha 23 məcburi köçkün ailəsi yola salındı

13 iyul 2023 | 10:30

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə  davamlı səfərləri, həmin ərazilərdə aparılan yenidənqurma  və bərpa işləri, əhalinin öz doğma yurd-yuvalarına qayıdışı bütün məcburi köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.                                                                 

      Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına   Böyük Qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə  Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən  bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.

      2023-cü il 13 iyul tarixdə səhər saatlarında Laçın şəhərinə əhalinin qayıdışı çərçivəsində 5-ci  mərhələdə  Laçın şəhərindən olan daha 23 ailə, 85 nəfər məcburi köçkün Laçın rayon rəhbərliyinin xeyir-duası ilə Bakı şəhərindən Laçın şəhərinə  yola salındı.

      Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.

Keçidlər