Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın şəhərinə 3-cü mərhələdə daha 13 məcburi köçkün ailəsi yola salındı.

19 iyun 2023 | 09:26

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə  davamlı səfərləri, ərazidə aparılan yenidənqurma  və bərpa işlərini  şəxsən nəzarətdə saxlaması bütün köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.                                                                 

     Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına   Böyük Qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə  Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən  bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.

       2023-cü il 28 may tarixdə  Laçın şəhərinə qayıdış çərçivəsində 1-ci mərhələdə  Laçın şəhərindən olan 20 ailə 97 nəfər, 2023-cü il 14 iyun tarixdə isə 2-ci mərhələdə daha  22 ailə 72 nəfər məcburi köçkün  31 illik həsrətdən sonra öz ata-baba yurdlarına böyük sevinc və fərəh hissi ilə qayıtdılar.

      2023-cü il 19 iyun tarixdə isə səhər saatlarında Laçın şəhərinə qayıdış çərçivəsində 3-cü mərhələdə  Laçın şəhərindən olan 12 ailə 42 nəfər məcburi köçkün Laçın rayon rəhbərliyinin xeyir-duası ilə Bakı şəhərindən, 1 ailə 2 nəfər isə Bərdə rayonundan  Laçın şəhərinə  yola salındı.

     Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.

Keçidlər