Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın şəhərinə 19-cu mərhələdə daha 21 məcburi köçkün ailəsi yola salındı

22 noyabr 2023 | 09:57

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə  davamlı səfərləri, həmin ərazilərdə aparılan yenidənqurma  və bərpa işləri, əhalinin öz doğma yurd-yuvalarına qayıdışı bütün məcburi köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.   

    Prezident İlham Əliyevin işğaldan azad olunmuş Laçın rayonu ərazisinə 7 dəfə səfər etməsi, sonuncu səfəri zamanı - 2023-cü ilin 27 və 28 may tarixlərində Laçın şəhərinə qayıdan əhali ilə görüşü və onlara mənzillərin açarlarını təqdim etməsi bütün Laçın rayon sakinlərinin yaddaşında həmişə ən xoş xatirələrlə xatırlanacaq.                              

    Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına   Böyük Qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə  Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən  bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır. 

    22.11.2023-cü il tarixində Laçın şəhərinə ümumilikdə 21 ailə - 81 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 14 ailə - 50 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 3 ailə - 14 nəfər, Abşeron rayonunda məskunlaşmış 2 ailə - 6 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Bərdə rayonunda məskunlaşmış 2 ailə - 11 nəfər məskunlaşdıqları ərazidən Füzuli rayonunun Horadiz şəhərində köç karvanına qoşularaq, bir yerdə Laçın şəhərinə yola salınmışdır. 22.11.2023-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın şəhərinə ümumilikdə 346 ailə - 1326 nəfər köçürülmüşdür.

     Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.

Keçidlər