Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın şəhərinə 10-cu mərhələdə daha 12 məcburi köçkün ailəsi yola salındı

31 iyul 2023 | 14:59

 2023-cü il 31 iyul tarixdə Bakıdan Laçın şəhərinə 10-cu mərhələdə daha 12 məcburi köçkün ailəsi yola salınmışdır.

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə  davamlı səfərləri, həmin ərazilərdə aparılan yenidənqurma  və bərpa işləri, əhalinin öz doğma yurd-yuvalarına qayıdışı bütün məcburi köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.   

Prezident İlham Əliyevin işğaldan azad olunmuş Laçın rayonu ərazisinə 7 dəfə səfər etməsi, sonuncu səfəri zamanı - 2023-cü ilin 27 və 28 may tarixlərində Laçın şəhərinə qayıdan əhali ilə görüşü və onlara mənzillərin açarlarını təqdim etməsi bütün Laçın rayon sakinlərinin yaddaşında həmişə ən xoş xatirələrlə xatırlanacaq.                              

Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına   Böyük Qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə  Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən  bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.

          2023-cü il 31 iyul tarixdə, səhər saatlarında Laçın şəhərinə əhalinin qayıdışı çərçivəsində 10-cu  mərhələdə  Laçın şəhərindən olan daha 12 ailə, 53 nəfər Bakı şəhərindən Laçın şəhərinə  yola salındı.

          Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.

Keçidlər