Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun Zabux kəndinə 9-cu mərhələdə daha 4 məcburi köçkün ailəsi yola salındı

30 yanvar 2024 | 10:04

     Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcəkdir. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina tibb məntəqəsi inşa edilmişdir. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə ediləcəkdir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə həyata keçirilir. 

     30.01.2024-cü il tarixində Laçın rayonunun Zabux kəndinə ümumilikdə 4 ailə - 14 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 4 ailə - 14 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınmışdır. 30.01.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın rayonunun Zabux kəndinə ümumilikdə 207 ailə - 797 nəfər köçürülmüşdür.

     Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra sevinclə doğma yurdlarına qayıtdıqlarına görə  Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmişlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirmiş, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləmişlər.
Keçidlər