Laçın rayonunun Zabux kəndinə 8-ci mərhələdə daha 27 məcburi köçkün ailəsi yola salındı
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə 2023-cü il 25 dekabr tarixdə daha 27 ailənin köç karvanının yola salınması mərasimi keçirilmişdir.
Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcəkdir. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina tibb məntəqəsi inşa edilmişdir. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə ediləcəkdir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə həyata keçirilir.
25.12.2023-cü il tarixində, saat 07:00-da Laçın rayonunun Zabux kəndinə ümumilikdə 27 ailə - 95 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 17 ailə - 59 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 ailə - 2 nəfər, Abşeron rayonunda məskunlaşmış 3 ailə - 11 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Mingəçevir şəhərində məskunlaşmış 1 ailə - 4 nəfər, Yevlax şəhərində məskunlaşmış 1 ailə 5 nəfər, Bərdə rayonunda məskunlaşmış 2 ailə - 6 nəfər, Göyçay rayonunda məskunlaşmış 1 ailə - 4 nəfər, Qax rayonunda məskunlaşmış 1 ailə - 4 nəfər məskunlaşdıqları ərazidən Füzuli rayonunun Horadiz şəhərində köç karvanına qoşularaq, bir yerdə Laçın rayonunun Zabux kəndinə yola salınmışdır. 25.12.2023-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın rayonunun Zabux kəndinə ümumilikdə 203 ailə - 783 nəfər köçürülmüşdür.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra sevinclə doğma yurdlarına qayıtdıqlarına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmişlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirmiş, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləmişlər.