Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun ümumtəhsil müəssisələrində də yeni dərs ilinə start verildi

15 sentyabr 2022 | 14:37

      15 sentyabr tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi  Laçın rayonunda da 2022-2023-ci tədris ilinin ilk dərs gününə start verildi.

      Cari ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən xeyli sayda hərbçimiz şəhid olması səbəbi ilə Elm və Təhsil Nazirliyinin tapşırığına əsasən  respublikanın  bütün ümumi təhsil müəssisələrində olduğu kimi rayonda da Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edilmişdir.

      Rayonun bütün  ümumi təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə  başlanan ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuş, dövlətimizin ərazi bütövlüyü və torpaqlarımızın erməni işğalçılarından  azad edilməsində qəhrəmancasına həlak olmuş  bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik  sükutla yad olunaraq onların  ruhuna dualar oxunmuşdur.

          Danılmaz həqiqətdir ki,  son illərdə ölkəmizdə digər sahələrlə yanaşı təhsildə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının  əməli nəticəsi olaraq ölkəmizdə yeni dərs ili ərəfəsində  yeni məktəblər tikilib, bir çox təhsil müəssisələr əsaslı təmir olunub, bunun da nəticəsində təhsil ocaqlarının maddi-texniki bazası xeyli möhkəmlənmişdir.  Ölkə  Prezidenti cənab  İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün bütün respublikamızda  olduğu kimi Laçın  rayonunda da təhsilin səviyyəsi günü-gündən artmaqdadır. Bunun bariz nəticəsidir ki, ötən  dərs ilinin yekunlarına  görə rayonun ümumtəhsil müəssislərini bitirmiş məzunlardan  428 nəfər respublikanın ali təhsil müəssisələrinə qəbul olunmuşdur ki, onlardan da 18 –i 600-dən  28 nəfəri isə 500 –dən çox bal toplamışdır.

        Qeyd edilir ki, 2022-2023-cü tədris ilində rayon üzrə fəaliyyət göstərəcək 82 tam orta və 22 ümumi orta məktəbində təhsil alacaq  şagirdlərin ümumi sayı 13311 nəfərdir.  Onlardan 1186 şagird I sinifdə, 1311 şagird IX sinifdə, 1031 şagird isə XI sinifdə təhsil alacaq,    həmçinin yeni işə qəbul olunmuş 137 gənc müəllim pedaqoji fəaliyyətə başlayacaqdır.

Keçidlər