Laçın rayonunun Sus kəndinə 2-ci mərhələdə daha 39 məcburi köçkün ailəsi yola salındı.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Sus kəndinə 2024-cü il 24 may tarixdə ikinci köç karvanının yola salınması mərasimi keçirilmişdir.
24.05.2024-cü il tarixdə Laçın rayonunun Sus kəndinə ümumilikdə 39 ailə - 140 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 18 ailə - 61 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 ailə - 2 nəfər, Abşeron rayonunda məskunlaşmış 6 ailə - 18 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Şirvan şəhərində məskunlaşmış 2 ailə - 10 nəfər, Ağcabədi rayonunda məskunlaşmış 4 ailə - 17 nəfər, Bərdə rayonunda məskunlaşmış 4 ailə - 17 nəfər, Qəbələ rayonunda məskunlaşmış 3 ailə - 12 nəfər, Qax rayonunda məskunlaşmış 1 ailə - 3 nəfər isə məskunlaşdıqları ərazidən Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq, bir yerdə Laçın rayonunun Sus kəndinə yola salınmışdır. 24.05.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın rayonunun Sus kəndinə ümumilikdə 59 ailə - 215 nəfər köçürülmüşdür.
Ümumi sahəsi 25 hektar olan Sus kəndinə 59 ailənin köçürülməsi nəzərdə tutulmuşdur. Kənddə 132 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası inşa edilmişdir. Sus kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə ediləcəkdir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə həyata keçirilir.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər 32 ildən sonra sevinclə doğma yurdlarına qayıtdıqlarına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmişlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirmiş, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləmişlər.